Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının təntənəli bağlanış konsertində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri çıxış edəcəklər:
Azərbaycan Respublikasının Xalq artistləri: Fidan Hacıyeva, Samir Cəfərov, Gülnaz İsmayılova;
Azərbaycan Respublikasının Əməkdar artistləri: Fərid Əliyev, Ramil Qasımov, İnarə Babayeva, Fəridə Məmmədova, Afaq Abbasova, Cahangir Qurbanov, Anton Ferştandt, Tural Ağasıyev;
Solistlər: Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev.
Solistləri “MEZZO” kamera orkestri müşayiət edəcək.
Konsert proqramında Jorj Bize, Cüzeppe Verdi, Pyetro Maskanyi, Vinçentso Bellini, Şarl Quno, Sergey Raxmaninov, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev və digər bəstəkarların əsərlərindən ariya və duetlər səsləndiriləcək.